BAKI, 23 fevral. TELEQRAF

“Dünyada heç bir dövlətin digər ölkələrə insan hüquqları ilə bağlı mühazirə oxumaq hüququ yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Dünyada heç bir dövlətin digər ölkələrə insan hüquqları ilə bağlı mühazirə oxumaq hüququ yoxdur, tətbiq edilən istənilən siyasi model digərlərindən üstün hesab edilə bilməz. İnsan hüquqlarının inkişaf yolu milli reallıqları əks etdirməli və xalqın ehtiyaclarını ödəməlidir”, - Çin diplomatiyasının rəhbəri vurğulayıb.