BAKI, 19 fevral. TELEQRAF
Türkmənistanın Tehrandakı səfiri İlyas Qayıpov İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Tərəflər Türkmənistan və İran prezidentləri arasında imzalanmış razılaşmaların icrası, strateji əməkdaşlığın hazırkı vəziyyəti və prioritetlərini müzakirə ediblər. Qarşıdan gələn yüksək səviyyəli səfərlər və siyasi məsləhətləşmələrə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəzər dənizi, regionlararası əməkdaşlıq, iqtisadi sərgilər, biznes forumları və mədəni tədbirlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Türkmənistan-İran Birgə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Aşqabadda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri də qeyd edilib, mədəni və humanitar əməkdaşlıq məsələlərinə toxunulub.