BAKI, 16 fevral. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla üzbəüz danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu açıqlamanı 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşlarının ailə üzvləri ilə görüşdə verib.
“Qaçırma məsələsini həll etmək mənim missiyamdır”, - o bildirib.
Sanae Takaiçi əlavə edib ki, Yaponiya və Şimali Koreyanın sülh və rifahdan zövq ala biləcəyi birgə gələcək üçün Kim Çen Inla şəxsən görüşməyə hazırdır.
Yaponiya lideri həmçinin bu məsələdə konkret nəticələr əldə etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini vurğulayıb.