BAKI, 13 fevral. TELEQRAF
Qazaxıstan hökuməti ilə Türkmənistan hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qətnamə layihəsi 2 mart tarixinə qədər ictimai müzakirəyə təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Layihə Qazaxıstan Daxili İşlər Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq hazırlanıb.
“Sazişin ratifikasiyası miqrasiya sahəsində məlumat mübadiləsi və ikili vətəndaşlıq və qanunsuz miqrasiya ilə mübarizədə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə imkan verəcək”, - məlumatda bildirilir.
Bundan əlavə, sazişin əsas məqsədi miqrasiya proseslərinin effektiv tənzimlənməsi, informasiya sahəsində qarşılıqlı əlaqənin inkişafı və bu sahədə pozuntuların qarşısının alınması üçün qarşılıqlı əlverişli şərait yaratmaqdır.