BAKI, 12 fevral. TELEQRAF

Türkmənistanın əməkdar artisti Batır Çarıyev türk dünyasında teatr sənətinin inkişafındakı xidmətlərinə görə TÜRKSOY-un “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Mükafatı B. Çarıyevə Türkiyənin İstanbul şəhərində TÜRKSOY baş katibinin müavini Seyit Yusuf təqdim edib.