BAKI, 10 fevral. TELEQRAF
“Qazaxıstanda Konstitusiya islahatının məqsədi birinci prezident Nursultan Nazarbayevin xidmətlərini inkar etmək deyil”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasında deyib.
“Heç kim qüvvədə olan Konstitusiyanın əhəmiyyətinin üstündən xətt çəkməyi qarşısına məqsəd qoymayıb. Bu Konstitusiya son 30 ildə ölkəmizin bütün nailiyyətlərində böyük rol oynayıb. Bunda birinci prezident Nursultan Abişeviç Nazarbayevin böyük xidmətləri var. Bununla belə, nəzərə almaq lazımdır ki, bu, ölkəmiz hələ ayağa qalxmağa başladığı dövrdə qəbul olunub və müstəqilliyimizin ilk çətin illərinin izlərini daşıyır”, - dövlət başçısı vurğulayıb.
Tokayev qeyd edib ki, son illərdə Qazaxıstan böyük dəyişikliklər baş verib: “Bu dəyişikliklər milli şüura təsir edib”.
Ölkə lideri əlavə edib ki, yeni Konstitusiyanın qəbulu ilə Qazaxıstanın məqsəd, dəyər və prinsiplərini aktual saxlamaq vacibdir.