BAKI, 23 yanvar. TELEQRAF
Türkmənistan və Çin arasında ticarət dövriyyəsi 2025-ci ildə 10,046 milyard dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Dekabr ayında ölkələr 879,9 milyon dollar dəyərində mal mübadiləsi aparıblar.
Türkmənistanın ixracı ticarətin əsasını təşkil edir. İl ərzində Türkmənistan Çinə 8,446 milyard dollar dəyərində mal ixrac edib. Çindən idxal təxminən 1,6 milyard dollar təşkil edib.
Eyni zamanda, Türkmənistandan Çinə təbii qaz ixracı 8,41 milyard dollara çatıb.