BAKI, 21 yanvar. TELEQRAF

Türkmənistanın Çindəki səfiri Paraxat Durdıyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Türkmənistanla ŞƏT arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Paraxat Durdıyev ŞƏT-in işinin çoxşaxəli xarakteri və Türkmənistanla yüksək səviyyəli qarşılıqlı əlaqəyə diqqət çəkib.

Görüşün sonunda tərəflər ticari-iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi potensialını təsdiqləyiblər.