BAKI, 20 yanvar. TELEQRAF

“NATO baş katibi Mark Rutte də daxil olmaqla, Avropa liderlərinin açıqlamaları onların Rusiyaya qarşı müharibəyə ciddi şəkildə hazırlaşdıqlarını göstərir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropalı siyasətçilər və liderlərin - Kaya Kallas, Ursula fon der Leyen, Fridrix Merts, Kir Starmer, Emmanuel Makron və Mark Ruttenin açıqlamalarını oxusanız görərsiniz ki, ciddi şəkildə Rusiya Federasiyasına qarşı müharibəyə hazırlaşırlar. Əslində, bunu gizlətmirlər”, - o bildirib.