BAKI, 14 yanvar. TELEQRAF

Türkmənistanın Lebap əyalətindəki “Xəzərli” yatağında yeni quyudan təbii qaz hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Türkməngeologiya Dövlət Korporasiyası tərəfindən qazılan “Xəzərli-3” quyusu gündə 120 min kubmetrə qədər qaz hasil edir. Bu, yataqda qaz hasil edilən ilk quyudur və ölkənin qaz sənayesinin inkişafı üçün yeni imkanlar açır.