BAKI, 22 dekabr. TELEQRAF

Qazaxıstan vətəndaşları 2026-cı ildən etibarən şəxsiyyət vəsiqəsini ilkin verilişi zamanı və ya sənədin istifadə müddəti başa çatdıqda dəyişdirilərkən dövlət rüsumu ödəmədən ala biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“2026-cı il yanvarın 1-dən etibarən Qazaxıstan vətəndaşları şəxsiyyət vəsiqəsini ilkin verilişi zamanı və müddəti bitdikdə dəyişdirərkən pulsuz əldə edəcəklər. DİN tərəfindən irəli sürülmüş bu unikal təcrübə sənədlərin alınmasını sadələşdirməyə və vətəndaşların maliyyə yükünü azaltmağa yönəlib”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl şəxsiyyət vəsiqəsinin verilməsi üçün 0,2 aylıq hesablanma göstəricisi (787 təngə və ya 1,5 dollar), bir il ərzində şəxsiyyət vəsiqəsinin iki dəfədən çox itirilməsi halında isə 1 aylıq hesablanma göstəricisi (3 932 təngə və ya 7,6 dollar) məbləğində dövlət rüsumu ödənilirdi.