BAKI, 16 dekabr. TELEQRAF
Qırğızıstan Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Xidmətinin rəisi polis polkovniki A.T.A. tabeliyində olanlardan sistematik şəkildə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxs 2024-cü ildən bəri tabeliyində olan şəxslərdən qanunsuz olaraq pul tələb edib.
Hazırda Daxili İşlər Nazirliyinin bu cinayətdə iştirak edən digər vəzifəli şəxslərinin müəyyən edilməsi üçün araşdırmalar aparılır. İstintaq davam edir.