BAKI, 11 dekabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Aşqabadda səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Ermənistan Prezidenti Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.
“Səfər dostluq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan Ermənistan-Türkmən münasibətlərinin yüksək səviyyəsini təsdiqləyir”, - məlumatda deyilir.