BAKI, 27 noyabr. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Somalinin ölkəsinə təyin etdiyi ilk səfiri Fəthudin Əli Məhəmmədi qəbul edib.

Teleqraf xəbər verir ki, səfir görüşdə etimadnaməsini təqdim edib.

Xarici işlər naziri bu hadisəni iki ölkə arasında diplomatik əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirib.

Tərəflər qarşılıqlı etimad və faydalı tərəfdaşlıq ruhunda səmərəli və nəticəyönümlü əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.