BAKI, 27 noyabr. TELEQRAF

Qırğızıstandan Talatbek Masadikov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi olacaq.

Teleqraf xəbər verir ki, o, 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başlayacaq.

Masadikov BMT sistemində 12 ildən çox çalışıb, Qırğızıstan Təhlükəsizlik Şurasının sədr müavini olub, 2024-cü ildən isə KTMT Baş katibinin müavinidir.

Hazırda KTMT-nin baş katibi İmanqali Tasmaqambetovdur (Qazaxıstan).