BAKI, 27 noyabr. TELEQRAF

Honq Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. .

Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

04:54

Honq Konqda güclü yanğın nəticəsində itkin düşənlərin də sayı artıb.

Teleqraf xəbər verir ki, son rəsmi məlumata görə, ölü sayı 44 nəfərdir. İtkin düşənlərin sayı isə 300 nəfərdən çoxdur.

***

02:24

Honq Konqda güclü yanğın nəticəsində ölənlərin sayı 44 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin Yanğın Xidməti məlumat yayıb.

Məlumata görə, daha 45 yaralının vəziyyəti ağırdır.

Yanğın nəticəsində xəsarət alanların ümumi sayı 100 nəfərə çatıb. Hadisənin səbəbləri araşdırılır, əraziyə müvafiq fövqəladə xidmətlər cəlb olunub.

Məlumata görə, yanğın "Wang Fuk Court" yaşayış kompleksindəki 4 binanı əhatə edib. Kompleksdə ümumilikdə təxminən 4 min sakinin yaşadığı bildirilir.

İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb. Binanın üzlüyü bambuk olduğu üçün güclü küləklə yanğın qısa zamanda böyüyüb.