BAKI, 26 noyabr. TELEQRAF

Rusiya və Qırğızıstan hərbi hissələrin birgə təlimləri və döyüş hazırlığının miqyasını genişləndirməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan Prezidenti Sadır Japarovun müttəfiqlik və strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatında deyilir.

“Tərəflər MDB, KTMT və ŞƏT kimi çoxtərəfli formatlar da daxil olmaqla, iki ölkənin hərbi hissələrinin birgə təlimləri və döyüş hazırlığının miqyasını genişləndirməyə, çağırış və təhdidlərə birgə reaksiya potensialı və səviyyəsini genişləndirməyə davam edəcəklər”, - bəyanatda bildirilir.