BAKI, 26 noyabr. TELEQRAF

Qırğızıstanın Oş şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qırğız dilinə tərcümə edilmiş “Atam haqqında söz” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kitab görkəmli yazıçı, ictimai xadim, qazax ədəbiyyatında detektiv janrının banisi, yaradıcılığını vətənə xidmət mövzusuna həsr etmiş Kemel Tokayevə həsr olunub.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva tədbirdə çıxış edib.

Kitab Kemel Tokayevin həyatından bəhs edir. Nəşrdə müharibə illərinin faciəsi, müharibədən sonrakı dirçəliş, insan və insan ləyaqəti haqqında düşüncələr əks olunub.