BAKI, 26 noyabr. TELEQRAF
Bişkekdə Qırğızıstan və Rusiya prezidentləri Sadır Japarov ilə Vladimir Putin arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.