BAKI, 24 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin 25-27 noyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.
Səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində yüksək səviyyədə danışıqlar planlaşdırılır, ikitərəfli əməkdaşlığın əsas məsələləri, eləcə də Avrasiya İqtisadi Birliyi, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə ediləcək.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatı və ticari-iqtisadi, maliyyə və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.