BAKI, 24 noyabr. TELEQRAF
Bollivudun (Hindistan) “Şaka” ləqəbi ilə məşhur olan əfsanəvi aktyoru Dxarmendra Keval Krişan 89 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, aktyor noyabrın 12-də müalicə aldığı xəstəxanadan evə buraxılmışdı, vəziyyətinin stabil olduğu və evdə sağaldığı güman edilirdi.
Dekabrın 8-də onun 90 yaşı tamam olacaqdı. Dxarmendra sonuncu dəfə 2024-cü ildə “Teri Baaton Mein Aisa Uljha Jiya” filmində görünüb. Aktyor karyerası ərzində 300-dən çox filmdə rol alıb.