BAKI, 21 noyabr. TELEQRAF
Tatarıstan Türkmənistanda ticarət evi açmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Tatarıstan baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko bildirib.
Korobçenko bildirib ki, 2024-cü ildə Türkmənistan və Tatarıstan arasında ticarət dövriyyəsi təxminən 35 milyon dollar təşkil edib. nazir bu il bu rəqəmin 50 milyon dollara yüksələcəyini gözləyir.