BAKI, 21 noyabr. TELEQRAF
“Mən Azərbaycan dövlət başçısına (İlham Əliyev) məhdudiyyətlərin ləğvi və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarətin aparılması qərarına görə minnətdarlığımı bildirirəm”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Bu ilin noyabrında ilk 1 min ton Qazaxıstan buğdası Azərbaycan ərazisi ilə Ermənistana çatdırılıb. Bu təşəbbüsün mühüm siyasi və iqtisadi əhəmiyyəti var. Ermənistanı müntəzəm olaraq yüksək keyfiyyətli taxıl məhsulları və digər mallarla təmin etməyə hazırıq”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı.