BAKI, 19 noyabr. TELEQRAF

Türkmənistan ticarət və xarici iqtisadi əlaqələr naziri Nazar Ağaxanov və Özbəkistan investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Özbəkistan-Türkmənistan sərhəd ticarət zonasının işini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan nazirliyi məlumat yayıb.

Tərəflər birgə ticarət zonasının hüquqi şərtlərinə aydınlıq gətiriblər. Ticarət dövriyyəsini artırmaq, iki ölkənin məhsullarını nümayiş etdirmək və sərhəddə sahibkarlara dəstək olmaq nəzərdə tutulur.

Zona hər iki tərəfdən ümumilikdə 6 hektar ərazini tutur. Ərazi ayrıca beynəlxalq müqavilə əsasında genişləndirilə bilər.

Hər iki ölkənin vətəndaşları bu zonaya vizasız gedə biləcəklər. Sahibkarlar sadələşdirilmiş prosedurlarla ümumi platformada ticarət edə biləcəklər.