BAKI, 24 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Brüsselə rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, Belçika paytaxtının beynəlxalq hava limanında dövlət başçısını Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stipris və digər rəsmi şəxslər qarşılayıblar.

Oktyabrın 24-də Özbəkistan Prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə danışıqları, həmçinin Belçika Kralı Filiplə görüşü nəzərdə tutulub.

Şavkat Mirziyoyev Özbəkistan və Avropa İttifaqı arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Avropanın aparıcı şirkətləri və maliyyə institutlarının nümayəndələri ilə dəyirmi masanın keçirilməsi də planlaşdırılır.