BAKI, 23 oktyabr. TELEQRAF

Ötən ilin avqust ayından Qazaxıstanda “Rəqəmsal məhkəmə icraçısı” layihəsinin icrasına başlanılıb. Bu sistem insan iştirakı olmadan avtomatik olaraq icra prosesinə başlayır və icra edir.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan ədliyyə nazirinin müavini Bekbolat Moldabekov deyib.

Nazir müavininin sözlərinə görə, layihənin icrası nəticəsində insan amilini aradan qaldırmaq, korrupsiya risklərini azaltmaq, borcların yığılması prosesini xeyli sürətləndirmək mümkün olub.

“Layihənin əhali üçün əsas sosial təsirlərindən biri maliyyə yükünün azaldılmasıdır. Əvvəllər özəl məhkəmə icraçıları cəlb edilərkən borclu borc məbləğinin 25 faizədək hissəsini komissiya kimi ödəyirdi. İndi avtomatlaşdırma sayəsində bu xərclər aradan qaldırılıb. Nəticədə vətəndaşlar 2,2 milyard təngədən çox qənaət ediblər”.