BAKI, 17 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Böyük Britaniyanın Oksford Universitetində Özbəkşünaslıq Proqramının rəsmi açılışında iştirak edib.

Teleqraf xəbər verir ki, Oksford Böyük Britaniyada özbək dilini Asiya və Yaxın Şərqşünaslıq fakültəsinin tədris planına daxil edən ilk və yeganə universitetdir.

Proqramın açılışında çıxış edən administrasiya rəhbəri deyib: “Bir çox onilliklər ərzində Özbəkistan qapalı idi. Bu gün elm, texnologiya, inkişaf və ən əsası dialoqa həmişəkindən daha açıqdır. Bu dialoqa başlamaq üçün dünyanın ideyaları, mədəniyyətləri və dillərinin birləşdiyi Oksforddan daha yaxşı yer ola bilməz”.

Səidə Mirziyoyeva tədbirdə Oksford Universitetinin mükafatına layiq görülüb.