BAKI, 15 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Böyük Britaniyaya səfəri çərçivəsində “Yeni Özbəkistan – Böyük imkanlara malik böyük ölkə” mövzusunda dəyirmi masada iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
“Özbəkistan həm də Britaniya biznesi üçün cəlbedici istiqamətə çevrilib, bu gün bu ölkənin 270-dən çox şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. Britaniyalı tərəfdaşların marağının artmasından şadam və inanıram ki, onların iqtisadiyyatımızda iştirakı bundan sonra da genişlənəcək”, - Səidə Mirziyoyeva tədbirdə bildirib.
Səfər çərçivəsində administrasiya rəhbəri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Adil Renaud-Basso və baronessa Ariel Mallard de Rotşild ilə də görüşlər keçirib.