BAKI, 15 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva baronessa Ariel Mallard de Rotşild ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
“Mən çox şadam ki, “Rothschild & Co” bu yeniləşmə proseslərində fəal iştirak edir və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirəm”, - Səidə Mirziyoyeva onun görüşdə deyib.
Ariel Malard de Rotşild iş qadını və maliyyəçidir. “Rothschild & Co” adlı dünyaca məşhur maliyyə şirkətində yüksək vəzifə tutur.