BAKI, 10 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda MDB ölkələri arasında oyunların təşkilini yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə MDB-nin Düşənbədə keçirilən sammitində bildirib.
“Artıq humanitar sahədə qarşılıqlı əməkdaşlığımızın əhəmiyyətindən danışmışam. Həmkarlar həmçinin idman yarışlarından bəhs etdilər — MDB oyunları yaxınlarda Azərbaycanda keçirildi. Bu, böyük işdir və əlbəttə, bütün dövlətlərimiz tərəfindən diqqət və dəstək görməyə layiqdir”, - Putin qeyd edib.