BAKI, 8 oktyabr. TELEQRAF

2025-ci il oktyabrın 1-nə Özbəkistanın qızıl-valyuta ehtiyatları 54,99 milyard dollar təşkil edib. Ehtiyatların dəyəri əvvəlki ayla müqayisədə 4,9 milyard dollar çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının hesabatında deyilib.

Sentyabr ayı ərzində ehtiyatların valyuta hissəsi 735 milyon dollar, qızıl hissəsinin dəyəri isə 4,17 milyard dollar artaraq 44,2 milyard dollar təşkil edib.

Qızılın fiziki kapitalında ehtiyatlar 11,8 milyon troya unsiyadan 11,6 milyon troya unsiyaya yüksəlib.

Dünya bazarında qızılın qiymətinin qalxması fonunda ilin əvvəlindən Özbəkistanın qızıl-valyuta ehtiyatları xeyli artıb. Oktyabrın 1-nə olan 55 milyard dollara yaxın ehtiyatlar ölkə üçün tarixi rekorddur.