BAKI, 3 oktyabr. TELEQRAF
Qazaxıstan hakimiyyəti neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişinin icrasına sadiq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Astanada keçirilən Kazenerji Forumunda Qazaxıstan Baş naziri nazir Oljas Bektenov deyib.
“Qazaxıstan OPEC+ sazişi üzrə öhdəliklərinə sadiq qalır və qlobal neft bazarının sabitləşməsinə töhfə vermək üçün lazımi tədbirlər görür”, - baş nazir bildirib.
Bundan əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bəyan etmişdi ki, ölkə hakimiyyəti OPEC+ sazişi çərçivəsində kompensasiya planını yerinə yetirmək üçün çalışır. O qeyd edib ki, ölkədə neft hasilatının artması Tengiz yatağının işlənməsi layihəsi çərçivəsində baş verib. Nazir izah edib ki, Qazaxıstan hələlik kompensasiya cədvəllərinə əməl edə bilmir, amma OPEC+ sazişi ilə bağlı bütün mümkün tədbirləri görür və iştirakçı olaraq qalır.