BAKI, 2 oktyabr. TELEQRAF
Özbəkistan prezidentinin müşaviri Sardor Umrzakov İordaniya Kralı II Abdullahla görüşüb.
Teleqraf xəbər verir ki, prezidentin müşaviri görüşdə Özbəkistan və İordaniya arasında əməkdaşlıqda yeni dövrün başlandığını bildirib.
II Abdullah da İordaniya ilə Özbəkistan arasında əməkdaşlığın davam etdirilməsinin və xüsusilə ticarət, investisiya, səhiyyə, təhsil və turizm sahələrində mövcud inkişaf imkanlarından yararlanmağın vacibliyini vurğulayıb.