BAKI, 2 oktyabr. TELEQRAF

Teleqram messencerinin təsisçisi, iş adamı Pavel Durov Qazaxıstanda süni intellekt laboratoriyasının açıldığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Astanda keçirilən “Digital Bridge” Forumunda məlumat verib.

“Bir il əvvəl Qazaxıstanda ilk regional ofisimizi açdıq. Həmçinin məmnuniyyətlə bildirmək istəyirəm ki, Astanda süni intellekt sahəsində xüsusi laboratoriya açırıq. Süni İntellekt Nazirliyi ilə birlikdə Teleqram və Qazaxıstan Superkompüter Klasteri arasında birgə layihə həyata keçiririk. Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından məxfi, açıq və effektiv şəkildə istifadə etməyə imkan verəcək”, - Durov qeyd edib.