BAKI, 30 sentyabr. TELEQRAF

Qazaxıstan Dövlət Korporasiyası “Dövlət Xidməti Departamentinin İdarə Edilməsi” adlı pilot layihəyə start verib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

“İndi qazaxıstanlılar hazır sənədlərin evlərinə çatdırılması üçün sifariş verə bilərlər. Bunun üçün çatdırılma ünvanını göstərmək və QR koddan istifadə etməklə ödəniş etmək kifayətdir. Çatdırılma prosesini TsON mobil proqramından istifadə etməklə izləmək olar”, - məlumatda deyilir.

Hazırda 15 müxtəlif sənəd çatdırıla bilər.

Həmçinin Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələrinin müvafiq dövlət xidmətlərinin terminalları vasitəsilə verilməsinə başlanılacaq.