BAKI, 30 sentyabr. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə Qazaxıstanın yeni xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, Saidov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona mühüm diplomatik missiyasında uğurlar arzulayıb.

Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Nazirlər Özbəkistan və Qazaxıstan liderlərinin əldə etdikləri bütün razılaşmaların səmərəli həyata keçirilməsi üçün Xarici İşlər nazirliklərinin sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.