BAKI, 29 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının 2025-ci ilin oktyabr-dekabr aylarında hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir: “2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək ehtiyatda olmayan və müddətli həqiqi hərbi xidmətə çağırılan 18-30 yaş arası Rusiya Federasiyasının 135 min vətəndaşının hərbi xidmətə çağırılması həyata keçirilsin”.