BAKI, 26 sentyabr. TELEQRAF
“Qırğızıstanda sosial şəbəkələrdə bəzi dələduzlar tərəfindən aşağı faizlə kredit təklif edən reklamlar yayılır. Bu, növbəti dələduzluqdur”.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Əsqət Alagözov bildirib.
“Elə hallar olub ki, Prezident Sadır Japarovun fotosundan istifadə edib, cüzi əlavə ödənişlə kredit verilməsini təklif ediblər və bunu dövlət layihəsi kimi təqdim ediblər”, - prezidentin sözçüsü deyib.
