BAKI, 25 sentyabr. TELEQRAF
Sentyabrın 25-də keçirilən iclasda Qırğızıstan Joqorku Keneşi (parlament) “Qırğızıstan Respublikası Prezidentinin və Joqorku Keneş deputatlarının seçilməsi haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə konstitusiya qanununun layihəsinə baxaraq ikinci və üçüncü oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, layihənin təşəbbüskarı deputat Dastan Bekeşevdir.
Onun sözlərinə görə, qanun layihəsi yetkinlik yaşına çatmayanların seçki prosesində iştirakını tənzimləyən normaların aydınlaşdırılması və təkmilləşdirilməsinə yönəlib.
Qanun layihəsi barədə Joqorku Keneşin Konstitusiya Komitəsinin sədri Çolpon Sultanbekova məlumat verib.