BAKI, 24 sentyabr. TELEQRAF
Qazaxıstanın tələbi ilə beynəlxalq axtarışda olan ölkənin keçmiş baş nəqliyyat prokuroru Almaniyanın Fürt şəhərində saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Almaniya hüquq-mühafizə orqanları axtarışda olan şəxsi müəyyənləşdirərək yaxalayıb.
Saxlanılan şəxs Məqsət Duysenovdur.
Xatırladaq ki, bundan əvvəl daxili işlər naziri Yerjan Sadenov sabiq baş nəqliyyat prokuroru Məqsət Duysenovun barəsində axtarış elan olunduğunu açıqlamışdı.