BAKI, 24 sentyabr. TELEQRAF

Ali Hesablama Palatası (AHP) Qazaxıstanda kölgə iqtisadiyyatının müəyyən edilməsi üsullarına əsaslı dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, bunlar gizli gəlirləri daha dəqiq müəyyən etməyə imkan verəcək və bu çərçivədə qeyri-leqal biznesin yeni formalarının hesabatını aparacaqlar.

Ötən ilin sonunda Qazaxıstan Korrupsiyaya qarşı Mübarizə İdarəsi kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində dövlət siyasətinin effektivliyinin auditini aparıb. Audit zamanı məlum olub ki, gizli və qeyri-qanuni gəlirlərin hesablanması üçün mövcud üsullar köhnəlib və pulların bir çox real mənbələrini hesablamağa imkan vermir. Buna görə də Milli Statistika İdarəsinə onları nəzərdən keçirmək və əhəmiyyətli dərəcədə təkmilləşdirmək tapşırılıb.

“Nəticədə müşahidə olunmayan iqtisadiyyatın qiymətləndirilməsi metodologiyası yenilənib. Əvvəllər bu, təhsil, səhiyyə, istirahət sektorlarını tam əhatə etmirdi. İndi bu sahələr üzrə hesablama alqoritmləri yenilənib və genişləndirilib”, - məlumatda deyilir.