BAKI, 22 sentyabr, TELEQRAF

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikası ilə birləşməyə çalışmayacaq.

Teleqraf xəbər verir ki, bunu KXDR lideri Kim Çen In deyib.

Kim Çen In bildirib ki, Koreya Respublikasında administrasiyanın dəyişməsi onun KXDR-də sistemin və dövlət hakimiyyətinin çökməsinə nail olmaq istəyini dəyişməyib.

“Koreya Respublikası bütün sahələrdə amerikanlaşıb və yarıiflic olmuş eybəcər bir quruluş, asılı bir dövlət şəklini alıb. Bu, tamamilə yad bir ölkədir", - Kim Çen In deyib.

Onun sözlərinə görə, su və od bir-birinə uyğun gəlmədiyi kimi, müstəqil siyasət və güclü dövlətlərə boyun əymə siyasəti də bir-birinə uyğun gələ bilməz.

“Birləşməyə qətiyyən ehtiyac yoxdur. Məgər tarixdə belə düşmən dövlətlərin birləşməsi nümunəsi varmı?”, - Kim Çen In əlavə edib.

Şimali Koreya lideri bildirib ki, iki ölkədən birinin yox olacağı birləşmə onlara lazım deyil.

"Biz qanun səviyyəsində təsbit edəcəyik ki, biz Koreya Respublikası ilə fərqliyik və biz birləşə bilməyən iki fərqli dövlətik", - dövlət başçısı bildirib.