BAKI, 19 sentyabr. TELEQRAF
“Hazırda Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitalının iştirakı ilə yaradılmış 78 şirkət uğurla fəaliyyət göstərir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Türkmənistanın Avaza şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, son illər iki ölkə arasında kənd təsərrüfatı və emal məhsullarının qarşılıqlı ticarətində müsbət irəliləyiş var:
“Həmçinin etiraf etməliyik ki, bu sahədə əldə etdiyimiz nailiyyətlər hələ yetərli deyil. Ona görə də mövcud böyük potensialdan tam istifadə etmək üçün tədbirlər görməliyik”.