BAKI, 3 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında Çində keçirilən görüşdən sonra qeyri-adi hadisə baş verib.

Teleqraf xəbər verir ki, Rusiya Teleqram kanallarında Kimin heyətinin iki saata yaxın davam edən danışıqların aparıldığı otağı görüşdən sonra hərtərəfli təmizlədiyi videonu yayımlayıb.

“Onlar onun su içdiyi stəkanı götürdülər, stulun üzlüyünü və Koreya liderinin toxunduğu mebeli sildilər”, - məlumatda bildirilib.

Qeyd edilib ki, görüşdən sonra hər iki lider görüş üçün yaradılan şəraitdən çox razı çıxıb və daha rahat şəraitdə çay içməyə gedib.

Şimali Koreya personalının təmizliyə bu qədər diqqət yetirməsinin səbəbləri açıqlanmayıb. Amma bəzi ekspertlər belə tədbirlərin bioloji nümunələrin ələ keçməsi qorxusu ilə əlaqəli ola və bunun potensial olaraq Kim Çen Inın sağlamlığı ilə bağlı məlumatların toplanmasına imkan verə biləcəyini düşünürlər.

Videogörüntünü təqdim edirik: