BAKI, 2 sentyabr. TELEQRAF
“Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməyib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməyib, amma NATO başqa məsələdir”, - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün qəbuledilməzdir, bu mövqe dəyişməz olaraq qalır.