BAKI, 1 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-dək Tyancin şəhərində keçirilən ŞƏT sammitində 20-dən çox dövlətin rəhbərləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.