BAKI, 14 avqust. TELEQRAF

Şimali Koreya yaxın vaxtlarda Rusiyaya əlavə hərbçi göndərməyi planlaşdırır, söhbət 6 minlik qüvvədən gedir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kiril Budanov məlumat yayıb.

Onun sözlərinə görə, Pxenyan Rusiyaya 50-100 hərbi texnika, o cümlədən M2010 döyüş tankları və BTR-80 zirehli transportyorlar da göndərəcək.

“Onlardan bəziləri minatəmizləmə və istehkam tikintisində iştirak edə bilər, amma hamısı buna cəlb olunacaq?” - Budanov qeyd edib.