BAKI, 4 iyun. TELEQRAF
“Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevdən müvafiq müraciət olsa, onu əfv edə bilərəm”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“Heç kim məhkəmənin qərarını dəyişdirə bilməz. Hətta mənim də buna hüququm yoxdur. Mənim başqa hüququm var - əfv etmək hüququm. Müvafiq müraciət olsa, amnistiya verə bilərəm”, - Japarov qeyd edib.
İyunun 3-də Bişkek məhkəməsi Almazbek Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. O, Çuy rayonunun Koy-Taş kəndində torpaq sahələrini qanunsuz şəkildə əldə etməkdə, habelə korrupsiya və 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.