BAKI, 2 iyun. TELEQRAF

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aidos Ukibay onun Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edib.

Teleqraf xəbər verir ki, o, Qazaxıstanın birinci prezidentinin Moskvaya səfərinin qeyri-rəsmi olduğunu və təkbətək formada keçirildiyini bildirib.

“Bu səfər Vladimir Putinlə saxlanılan çoxillik dostluq münasibətləri ilə bağlıdır”, - Ukibay deyib.

Mətbuat katibi qeyd edib ki, Nursultan Nazarbayev (İkinci Dünya müharibəsində) qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün dəvət alıb, amma obyektiv şəraitə görə rəsmi tədbirlərdə iştirak edə bilməyib və daha sonra Moskvaya tək səfər edib.

Xatırladaq ki, Nursultan Nazarbayev Vladimir Putinlə mayın 29-da Moskvada görüşüb.