BAKI, 12 may. TELEQRAF

Hindistan Silahlı Qüvvələrinin 28-ci Ordu Qərargahının keçmiş rəisi general Manoj Naravane ölkəsi və Pakistan arasında əldə olunmuş atəşkəsə qarşı çıxan hindliləri tənqid edib.

Teleqraf xəbər verir ki, general hindliləri realist olmağa çağırıb.

“Müharibə romantika, yaxud Bollivud (Hindistanın film şirkəti – red.) filmi deyil, çox ciddi məsələdir. Müharibə və ya şiddət ən son müraciət etməli olduğumuz şey olmalıdır, buna görə də baş nazirimiz (Narendra Modi) söylədi ki, indi müharibə dövrü deyil. Müharibə alqışlanacaq bir şey olmamalıdır. Bu, nəhayət, hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatlarla yekunlaşdı.

Faktları və rəqəmləri, xüsusən də müharibənin nələrin bahasına başa gəldiyini nəzərə alsaq, anlayacaqsınız ki, bir müdrik insan bu çağırışı etməzdən əvvəl itkiləri və bunun öhdəsindən gəlib-gəlməyəcəyimizi düşünür”, - Naravane bildirib.